CONTENT
OPTIONS

Matros

Struktur vahidinin adı
Dəniz xidmətləri departamenti

Struktur bölmənin adı
Donanma xidməti

İş rejimi
Növbəli

Vakansiyaya müraciət üçün son tarix
29-09-2022

İş yerinin ünvanı
Ələt

Şərtlər

Matros müxtəlif gəmi işlərini yerinə yetirir, gəmi gövdəsinin, göyərtənin üst qurumlarının, yük anbarlarının və digər gəmi bölmələrinin, ballast və şirin su sistem və çənlərinin, xilasetmə vasitələrinin, yanğına qarşı mübarizə qurğularının texniki istismarı, gəminin verilən istiqamətdə idarə edilməsi, yanalma, eləcə də yükvurmavə yükboşaltma əməliyyatlarını köməkçi səviyyəsində həyata keçirir. Matros vəzifəsinin profilinə aşağıdakılar daxildir:


  • Orta ixtisas təhsili;
  • Matrosun iş sertifikatı (diplom);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı;
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı;
  • Gəminin mühafizəsi üzrə ümumi hazırlıq və təlimat.

BİLMƏLİDİR:

  • Gəmilərin növləri və konstruksiyaları;
  • Siqnal işarələri;
  • Göyərtə texniki prosedurları və əllə və mexaniki surətdə idarə edilən bot və motobotlar;
  • Gəmi göyərtə mexanizmləri və onların texniki istismarı;
  • Gəmi sürücülüyünün əsasları;
  • Dəniz donanması gəmilərində xidmət nizamnaməsi və gəmi xidmətləri;
  • İnformasiya-kommunikasiya texnologiyaları;
  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi)
  • qaydaları;
  • Dəniz nəqliyyatında yükdaşımanın təşkili prinsipləri;
  • Dənizçilik terminologiyası;
  • Fərdi və kollektiv mühafizə (xilasetmə) vasitələri və onların tətbiqi;
  • Materialların saxlanması və tullantıların ekoloji cəhətdən təmiz idarə olunması metodları;
  • Xilasetmə işləri ilə əlaqədar prosedurlar;
  • Təhlükəsizlik avadanlıqlarının konstruksiyası və vəzifələri;
  • Əl və mexaniki alət və dəzgahların növləri, xüsusiyyətləri, düzgün istifadəsi və saxlanması qaydaları;
  • İş yeri və avadanlıqların təhlükəsizliyi ilə əlaqədar tələblər;
  • Təmir prosedurları.

DAVRANIŞ BACARIQLARI:

  • Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;
  • Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;
  • İş saatlarında çeviklik;

Öhdəliklər


  • Gəmi cədvəlinə müvafiq kapitan körpüsündə hərəkət növbəsi və trapın yanında dayanma növbəsi çəkmək;
  • Gəmi işlərində, gövdə hissəsinə texniki xidmət işlərində yardım etmək;
  • Yük vasitələri və alətlərinin hazırlanması və toplanmasında iştirak etmək;
  • Yanalma əməliyyatı zamanı sahil matrosları və fəhlələri ilə birlikdə işi təşkil etmək;
  • Yanalma quruluşuna aid olan avadanlıqları təhlükəsiz şəkildə və işlək vəziyyətdə
  • Saxlamaq;
  • Yük əməliyyatlarına başlamazdan əvvəl mexaniki və hidravlik ötürücülü yük örtüklərinin əməlli bağlanılmasına, boruların sazlığına, axıb yığılan çirkab suların quyucuqlarının qəbul setkalarının təmizliyinə və onların qapaqlarının yaxşı bağlı olmasına əmin olmaq;
  • Gəmidə yükvurma-yükboşaltma işləri zamanı yük yerlərinin sayının hesabını aparmaq;
  • Müvafiq şəxsin (şəxslərin) göstərişi ilə yük əməliyyatı vaxtı yükün yerləşdirilməsinə nəzarət etmək;
  • Daşınma zamanı yüklərin təhlükəsiz bağlanmasını təmin etmək;
  • Yükləmə və boşaltma əməliyyatları zamanı baş verən gecikmələr barədə kapitanı məlumatlandırmaq;
  • Mövcud əl alətlərini və mexaniki alətləri işin tələblərinə uyğun olaraq seçmək;
  • Qəza-xilasetmə və yanğınla mübarizə sistemlərini və onların avadanlıqlarının texniki istismarını və xilasedici vasitələrin istifadəyə hazır olmasını təmin etmək;
  • Kiçik üzən vasitələrə texniki xidmət göstərmək və onları təmir etmək;
  • Alətləri təhlükəsiz yerdə saxlamaq;
  • Fövqəladə hallar zamanı xilasedici qayıqları endirmək və şəxsi heyətlə təchiz etmək
  • İş ərazisini təmizləmək:
  • Gəmidə daxili davranış qaydalarına, əməyin təhlükəsizliyinə və gigiyenasına, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına, gəmi sanitariyası və ətraf mühitin qorunması tələblərinə əməl etmək;
  • Müvafiq prosedur və qaydalara uyğun olaraq istehsalat sanitariyası və ətraf mühitin çirklənmədən qorunması işlərində iştirak etmək.


Müraciət et