CONTENT
OPTIONS

Baş mexanik

Struktur vahidinin adı
Dəniz xidmətləri departamenti

Struktur bölmənin adı
Donanma xidməti

İş rejimi
Növbəli

Vakansiyaya müraciət üçün son tarix
04-10-2022

İş yerinin ünvanı
Ələt

Şərtlər

Baş mexanik gəminin gövdəsi və texniki vasitələrinin dəniz donanmasının texniki istismarı haqqında əsasnaməyə, gəmi texniki vasitələrinin texniki istismarı qaydalarına, gəmini inşa edən zavod və ya gəmi sahibi tərəfindən təsdiq edilmiş digər normativ sənəd və təlimatlara uyğun olaraq texniki istismarına rəhbərliyi həyata keçirir. Baş mexanik vəzifəsinin profilinə aşağıdakılar daxildir:


  • Orta ixtisas təhsili (Mexanik);
  • Baş mexanikin iş sertifikatı (diplom);
  • Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat sertifikatı;
  • Sürətli olmayan xilasedici qayıq, növbətçi qayıq və sallar üzrə mütəxəssis sertifikatı;
  • Gəmidə ilk tibbi yardım;
  • Gəminin mühafizəsi üzrə müəyyən edilmiş vəzifələrə malik şəxslərin hazırlığı (Mühərriklərin gücü 750 kvt-dan yuxarı olduqda tələb olunur).


 BİLMƏLİDİR:

  • Donanma üzrə texniki istismar, texniki xidmət və təmirə aid rəhbər sənədləri, əmrləri, qaydaları və sərəncamları, gəmilərdəki maşın qurğularının və başqa avadanlıqların istehsal güclərini, texniki xüsusiyyətlərini;
  • Gəminin inşası sahəsində, donanmanın texniki təchizatında, donanmanın texniki istismarında və gəmi təmirində qabaqcıl nailiyyətləri;
  • İqtisadiyyatı, əməyin və idarəetmənin təşkilini;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizə qaydalarını; 

 DAVRANIŞ BACARIQLARI:

  • Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;
  • Şifahi və yazılı təlimatları başa düşmək və onlara riayət etmək;
  • İş saatlarında çeviklik;
  • İlkin planlara və rentabelliyə dəyən zərəri minimum səviyyəyə endirmək məqsədilə yeni perspektivləri və həll yolları axtarmaq üçün dəyişən vəziyyətlərə və seçimlərə operativ surətdə reaksiya vermək;
  • Gəmidə bütün funksiyalara riayət etmək və əməkdaşlıq mühitinin yaradılmasını təmin etmək.

Öhdəliklər
  • Gəmi gövdəsinin  və texniki vəsaitləri texniki istismarının dəniz donanmasının texniki istismarı qaydalarına, tərsanə inşaatçıların gəmi texniki vəsaitlərinin texniki istismarı qaydalarına, tərsanə-inşaatçıların təlimatlarına və gəmi sahibinin təsdiq etdiyi digər normativ sənəd və təlimatlara ciddi və uyğun surətdə həyata keçirilməsinə rəhbərlik etmək;
  • Gəmiyə texniki xidmət və təmiri üzrə işlərin planlaşdırılması texniki istismar xidməti üzvlərinin əmək və təhsilinin normal təşkil olunması, onların növbə və idarəetmə üzrə yerləşdirilməsi, onların iş vaxtları və istirahət günlərinin qeydiyyatına nəzarət etmək;
  • Gəmi həyəcan siqnalları elan olunduqda maşın şöbələrində davamlılığ uğrunda mübarizə üzrə hərəkətə rəhbərlik etmək;
  • Kapitanın razılığı ilə gəminin və onun texniki vəsaitlərinin Registr yoxlanılmasını və digər texniki təsnifat orqanlarına vaxtlı-vaxtında təqdim olunmasını təmin etmək;
  • Gəminin bütün hissələri üzrə vaxtlı-vaxtında təmir cədvəlləri tərtib olunması, sahil müəssisələri, gəmi təmir manqalları, gəmi mütəxəsisləri tərəfindən yerinə yetirilən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Qəza vəsaitləri, avadanlıqlar, dəyişək-ehtiyat hissələri ilə vaxtlı-vaxtında təchizata, mexaniki qurğuların ehtiyacı üçün olan  yanacağın, yağın və suyun düzgün saxalanılmasına, sərfinə qeydiyyatına nəzarət etmək;
  • Kapitanın bütün göstərişlərini yerinə yetirmək, sərəncamın yerinə yetirilməsi texniki vəsaitlərin işin zərər gətirə biləcəyi hallarda güman olunan nəticələr barəsində kapitanı xəbərdar etmək  və onun verdiyi sərəncama müvafiq olaraq hərəkət etmək;
  • Gəmidəki qurğu və mexanizmlərlə tanış olmaq və texniki heyətin belə qurğu və mexanizmlərin istismarı və onlara texniki xidmətin göstərilməsi üzrə müvafiq təlim keçməsini təmin etmək.
Müraciət et