CONTENT
OPTIONS

Operator

Struktur vahidinin adı
Ümumi yüklər terminalı

Struktur bölmənin adı

İş rejimi
Növbəli

Vakansiyaya müraciət üçün son tarix
17-06-2024

İş yerinin ünvanı
Ələt

Şərtlər

Əməliyyatlar üzrə operator növbələrin qəbul edilməsi, yüklər üçün sifarişlər və tapşırıqlar üzrə məlumatların izlənilməsi, yüklərin məlumatlarının qeydə alınması işlərini icra edir. Operator vəzifəsinin profilinə aşağıdakılar daxildir.

-        Ali təhsil;

-        Xarici dil bilikləri (İngilis dili yaxşı səviyyədə, Rus dili arzu olunandır);

-        MS Office proqramları, xüsusən sərbəst şəkildə Excel istifadəsi.

BİLMƏLİDİR:

-        Beynəlxalq yükdaşıma sənədlərini tanıma və oxuma;

-        Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.

DAVRANIŞ BACARIQLARI:

-        Dəqiq cədvəllərə əsasən məsuliyyətli və etibarlı iş;

-        Təqdimat bacarıqları;

-        İş saatlarında çeviklik;

-        Təhlil bacarıqları.


Öhdəliklər

-        Nəqliyyat vasitələrinin (gəmi, vaqon, avtomaşın və s.) işlənməsi kitabları, qalıq yüklər barəsində tam məlumat topladıqdan sonra növbəni qəbul etmək;

-        Beynəlxalq yükdaşıma sənədlərini tanımaq və oxumaq;

-        Şturman hesablarının və tərtib edilmiş vaqon vərəqələrinin vaxtında ona verilməsini izləmək, göndərilən yüklər üçün sifarişləri, tapşırıqları rəhbər tutaraq sahə rəisinin və mütəxəssislərin məlumatları əsasında onları işləmək;

-        Bütün növ nəqliyyat vasitələrindən işlənən yüklərin lazımi yük sənədlərini tərtib etmək və onları təyinat yerlərinə göndərmək;

-        Sahənin ictimai otaqlarında yanğından mühafizə və sanitar-gigiyena qaydalarını qorumaq.

Müraciət et