CONTENT
OPTIONS

Yol ustası

Struktur vahidinin adı
Yükaşırma avadanlıqlarına xidmət departamenti

Struktur bölmənin adı
Dəmiryol qrupu

İş rejimi
Gündəlik

Vakansiyaya müraciət üçün son tarix
04-10-2022

İş yerinin ünvanı
Ələt

Şərtlər

TƏLƏBLƏR:
  • Təhsil: Orta-texniki;
  • Sahə üzrə 5 il iş təcrübəsi;
  • MS Word, MS Excel proqramlarında işləyə bilməsi arzuolunandır;
  • Rus və ingilis dillərindən ən azı birini bilməsi arzuolunandır;
  • Təhlil bacarığı olmalı;
  • Komanda ilə işləmə bacarığı olmalıdır.



BİLMƏLİDİR:
  • “Azərbaycan Dəmir Yolları”nın Texniki istismar qaydalarını;
  • Dəmir yolunun cari saxlanışına dair təlimatını;
  • İş görərkən dəmir yollarının çəpərlənmə qaydalarını;
  • Ustaya aid olan sənədlərdən düzgün istifadə, müvafiq jurnal və sənədlərdə qeydlərin aparılması tərtib edilməsi qaydalarını;
  • Dəmir yolunun fəaliyyətini təmin edən, tikililərin və qurğuların, eləcə də rels dövrəsinin saxlanışı üzrə işlərin təşkilini və həyata keçirilməsini;
  • Manevr tərkiblərinin hərəkəti zamanı təhlükəsizliyi təmin etmək;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydalarını, o cümlədən yanğından mühafizənin norma və qaydalarını.


Öhdəliklər
  • Müntəzəm olaraq cədvələ uyğun texniki baxış və təmir işləri keçirməklə limanın balansında olan dəmir yollarının və  yol ayırıcılarının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını təşkil etmək;
  • Vaqon ölçən tərəzinin üzərində olan dəmir yolu xətlərinin texniki vəziyyətinin mütəmadi yoxlanması və daim saz vəziyyətdə saxlanılmasını təmin etmək;
  • Lokomotiv briqadaları tərəfindən lokomotivi idarə edərkən dəmir yollarının texniki istismarı qaydalarına riayət edilməsinə nəzarət etmək;
  • Limanın dəmir yollarının texniki cəhətdən saz vəziyyətdə saxlanılması üçün, “Azərbaycan Dəmir Yolları”nın Texniki istismar qaydalarına, dəmir yolunun cari saxlanışına dair təlimata riayət etmək;
  • Dəmir yolunda texniki nasazlıqlar barədə dəmir yolu qrup rəhbərini məlumatlandırmaq və onun aradan qaldırılması üçün tədbirlər görmək;
  • Dəmir yolunda olan yoldəyişdiriciləri texniki cəhətdən saz vəziyyətdə saxlamaq, onların yağlanmasına və təmizliyinə mütəmadi olaraq nəzarət etmək;
  • Dəmir yolu xətlərinin təmirinə cəlb edilən yol montyorlarını əməyin mühafizəsi, texniki təhlükəsizlik və hərəkətin təhlükəsizliyi qaydalarının izahı üzrə iş öncəsi təlimatlandırmaq;
  • Dəmir yolu xətlərinə operativ-vizual baxış, planlı xəbərdarlıq və planlı təmir işlərini həyata keçirmək;
  • Mütəmadi olaraq dəmir yolu xətlərini şablonla yoxlamaq;
  • Dəmir yolu xətlərinin təmir prosesini düzgün, vaxtında və hərəkətin təhlükəsizliyinin təminatı ilə yerinə yetirmək.


Müraciət et