CONTENT
OPTIONS

Elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru (kranlar üzrə)

Struktur vahidinin adı
Yükaşırma avadanlıqlarına xidmət departamenti

Struktur bölmənin adı
Portal kran qrupu

İş rejimi
Gündəlik

Vakansiyaya müraciət üçün son tarix
18-06-2024

İş yerinin ünvanı
Ələt

Şərtlər

Elektrik montyoru vəzifəsinin profilinə aşağıdakılar daxildir:

-       Elektrotexnika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə orta təhsil (və bənzər ixtisaslar arzuolunandır);

-       Elektrik iş sertifikatı (diplom);

-       Sahə üzrə 3 il iş təcrübəsi;

-       MS ofis proqramları, PLC və çevirci mühərrik idarəetmə sistemlərini bilmək;

-       Hündürlükdə iş bacarığı (55 metr);

-       İngilis dili arzuolunandır.

BİLMƏLİDİR:

-       Portal kranlarda olan elektrik avadanlıqların texniki istismar qaydalarını;

-       Elektrik qurğularının istismarında təhlükəsizlik texnikası qaydalarını;

-       Elektrik qurğularının quraşdırılması qaydalarını;

-       Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

-       Limanın portal kranlarının elektrik təchizat sxemini və qidalanmasını;

-       Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;

-       Portal kranlarda olan elektrik avadanlıqların konstruksiyalarını;

-       Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;

-       Portal kranlarda olan elektrik avadanlıqlarının texniki parametrlərini;

-       Kranlarda olan sabit və dəyişən cərəyan sistemlərinin sxemlərini və iş prinsiplərini;

-       Portal kranlarda yerləşən elektrik qurğu və avadanlıqlarının düzgün və etibarlı vəziyyətdə olmasını bilmək və izləmək.

DAVRANIŞ BACARIQLARI:

-       Nizam-intizam;

-       Məsuliyyət;

-       İşi təqib etmə;

-       Təhlil etmə;

-       Qərar vermə;

-       Detallara diqqət.


Öhdəliklər

-       Portal kranda yerləşən elektrik qurğu və avadanlıqların düzgün və etibarlı vəziyyətdə olmasını yoxlamaq və nəzarətdə saxlamaq;

-       Portal kranların elektrotexniki avadanlıqlarının avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarını yoxlamaq,  nasazlıqları aradan qaldırmaq;

-       İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;

-       Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;

-       Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;

-       Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;

-       Bütün elektrik təchizatı və elektrik avadanlıqlarının montajı, demontajı, avadanlıqların quraşdırılması kimi işlərdə birbaşa iştirak etmək;

-       Enerji avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər və ixtiralar üzrə rəylər vermək və qəbul edilmiş təkliflərin tətbiqini təşkil etmək.

Müraciət et