CONTENT
OPTIONS

3-cü dərəcəli təmirçi çilingər-elektrik

Struktur vahidinin adı
Yükaşırma avadanlıqlarına xidmət departamenti

Struktur bölmənin adı
Portal kran qrupu

İş rejimi
Növbəli

Vakansiyaya müraciət üçün son tarix
18-06-2024

İş yerinin ünvanı
Ələt

Şərtlər

3-cü dərəcəli təmirçi çilingər-elektrik vəzifəsinin profilinə aşağıdakılar daxildir:

-       Elektrotexnika, Elektromexanika vəya Nəzarət ölçü alətləri və avtomatlaşdırma ixtisasları üzrə peşə təhsili (və bənzər ixtisaslar arzuolunandır);

-       Elektrik iş sertifikatı (diplom);

-       Sahə üzrə 3 il iş təcrübəsi;

-       MS ofis proqramları, PLC və çevirci mühərrik idarəetmə sistemlərini bilmək;

-       Hündürlükdə iş bacarığı (55 metr);

-       İngilis dili arzuolunandır.

BİLMƏLİDİR:

-       Elektrik qurğularının quraşdırılması qaydalarını;

-       Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

-       Elektrik qurğu və avadanlıqların tipini, şərti işarələrini və təyinatını;

-       Elektrik qurğularında tətbiq olunan kollektiv və fərdi mühafizə vasitələrindən istifadə və onların sınaq qaydalarını;

-       Elektrik naqillərinin lehimlənməsi və dəyişdirilməsi üsullarını;

-       Mexanizmlərin təmiri və bərkidilməsinin əsas qayda və üsullarını;

-       Təmirdə işlədilən takelaj avadanlıq, mexanikləşdirilmiş alət və dəzgahların quruluş və istifadə edilməsini.


DAVRANIŞ BACARIQLARI:

-       Nizam-intizam;

-       Məsuliyyət;

-       İşi təqib etmə;

-       Təhlil etmə;

-       Qərar vermə;

-       Detallara diqqət.


Öhdəliklər

-       Portal kranlarda yerləşən elektrik qurğuların, elektrotexniki avadanlıqların, avtomatika və telemexanika cihazlarının sxem və quruluşlarının etibarlı vəziyyətdə olmasını yoxlamaq, yaranmış nasazlıqları aradan qaldırmaq;

-       İş üçün lazım olan nişanlanmış alətlərlə və təhlükəsizlik texnikası üzrə vasitələrlə daim onları işlək vəziyyətdə saxlamaq;

-       Portal kranlarda nəzarət ölçü cihazlarını yoxlamaq və dəyişdirmək;

-       Portal kranların tozdan və digər istismar dövrünü qısaldacaq amillərdən qorunmasında və önləyici tədbirlər görülməsində birbaşa iştirak etmək;

-       Portal kranların işıqlanmasını, həmçinin kranda olan elektrik avadanlıqlarında yarana biləcək qüsurların aradan qaldırılmasını təşkil etmək;

-       İş planına uyğun şəkildə nasaz avadanlıqla bağlı mümkün qədər daha detallı məlumat almaq məqsədi ilə bütün müvafiq işçi heyəti ilə məsləhətləşmək;

-       Təmir və əvəzləmə prosesini Cəmiyyətin tələblərinə, istehsalçının təlimatlarına və SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) prosedurlarına uyğun olaraq həyata keçirmək;

-       Qurğular, alətlər və avadanlıqları iş planına və Cəmiyyətin prosedurlarına uyğun şəkildə saxlamaq və yerləşdirmək.

Müraciət et