CONTENT
OPTIONS

İnsan resursları siyasətimiz


“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin İnsan resursları Siyasəti -  İnsan resursları potensialına olan tələbatın müəyyənləşdirilməsi, ehtiyat kadr bazasının formalaşdırılması, insan resurslarının müasir üsullardan istifadə edərək seçilməsi və yerləşdirilməsi, əmək məhsuldarlığının artırılması məqsədi ilə əmək fəaliyyətinin qiymətləndirilməsi və motivasiya tədbirlərinin görülməsi, insan resurslarının peşəkar inkişafının təmin edilməsi məqsədi ilə zəruri şəraitin yaradılması və insan resurslarının daha səmərəli idarə edilməsi, risk mədəniyyətinin və korporativ etik dəyərlərin formalaşdırılması məqsədi ilə həyata keçirilməsi nəzərdə tutulan digər əlaqədar kompleks tədbirləri əhatə edir. Yüksək potensiallı kadrların cəlbi ilə yanaşı, onların davamlı inkişafı Bakı Limanının insan resursları siyasətinin prioritet istiqamətlərindəndir.