CONTENT
OPTIONS

İşə qəbul qaydaları


Bakı Limanında mövcud olan vakansiyalar Cəmiyyətin rəsmi veb səhifəsində yerləşdirilir və müraciətlər elektron qaydada qəbul edilir. Elan minimum 7 (yeddi) təqvim günü qüvvədə saxlanılır. Vakansiyanın son müraciət tarixi bitdikdən sonra növbəti 2 (iki) iş günü ərzində namizədlərin müəyyən olunmuş meyarların tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə ilkin seçim aparılır. İlkin seçimdən uğurla keçən namizədlər işə qəbulun qiymətləndirilmə prosesinə cəlb edilirlər.

Cəmiyyətdə müvafiq vakansiyaya müraciət edən hər bir namizədə onun vəzifə kateqoriyası üzrə əvvəlcədən müəyyən edilmiş test sualları təqdim edilə bilər:

 

-Vəzifə funksiyaları üzrə tələb olunan biliklər;

-Məntiqi təfəkkür üzrə biliklər;

-Emosional zəka (EQ);

-İngilis dili üzrə biliklər.

 

Test imtahanın müddəti maksimum 60 (altmış) dəqiqə olmaqla onlayn və ya əyani şəkildə keçirilə bilər. İşə dair biliklərini, həmçinin məntiqi təfəkkür səviyyəsini ölçən test suallarının ümumilikdə 60 (altmış) faizini doğru cavablayan namizədlər müsahibə mərhələsinə keçmək üçün uğurlu hesab edilir.

Test imtahanından uğurla keçən namizədlər növbəti - müsahibə mərhələsinə dəvət edilirlər. Müsahibədə vəzifə üzrə tələb edilən əsas bilik və səriştələr yoxlanılır və bu mərhələdən uğur qazanmış namizədə iş təklifi edilir.